“ODEL” şirniyyat fabriki “Russia Halal Expo 2025” sərgisində

"ODEL" şirniyyat fabriki Tatarıstanın Kazan şəhərində keçirilən “Rusiya - İslam dünyası: KazanForum 2025” çərçivəsində baş tutan “Russia Halal Expo 2025” beynəlxalq sərgisində iştirak edib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə qurulan “Made in Azerbaijan” vahid ölkə stendində "ODEL" fabriki öz yüksək keyfiyyətli unlu qənnadı məhsullarını sərgi iştirakçılarına təqdim edib.

Sərgidə ziyarətçilər “ODEL” peçenyeləri ilə tanış oldu, məhsulların dadına baxmaq imkanı əldə ediblər.

Qeyd edək ki, stenddə “ODEL”in ixrac potensialı, keyfiyyət standartları və beynəlxalq bazarlarda fəaliyyəti haqqında məlumatlar paylaşıldı, məhsul kataloqları və digər reklam materialları təqdim edilib.