“ODEL” məhsulları Səudiyyə Ərəbistanında təqdim olundu

“ODEL” Səudiyyə Ərəbistanında keçirilən “The Saudi Food Show 2025” beynəlxalq sərgisində iştirak edib.

Ər-Riyad şəhərində baş tutan və üç gün davam edən bu beynəlxalq tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə yaradılan “Made in Azerbaijan” vahid ölkə stendində “ODEL” fabriki də təmsil olunub.

Stenddə “ODEL” peçenyeləri sərgi iştirakçılarına təqdim olunub. Ziyarətçilər məhsulların dadına baxmaqla yanaşı, fabrikin tətbiq etdiyi keyfiyyət standartları və beynəlxalq bazarlara çıxış imkanları barədə də məlumatlandırılıblar.

Qeyd edək ki, sərginin ilk günündən etibarən “ODEL”in məhsulları potensial xarici tərəfdaşların marağına səbəb olub, nümayəndələrlə bir sıra işgüzar görüşlər keçirilib və mümkün ixrac əməkdaşlıqları müzakirə edilib.